17 
İyl
2017
17:12
35
70
2365
Virtual karabakh

“2pac: Əfsanə” tezliklə “CinemaPlus”da – VİDEO

17 İyl, 2017
17:12
2365

“2pac: Əfsanə” tezliklə “CinemaPlus”da – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus Gənclik Mall” kinoteatrında 25 iyul tarixində əfsanəvi rep musiqiçi Tupak Şakurun həyatına həsr olunmuş “2pac: Əfsanə” filminin qapalı premyera öncəsi nümayişi keçiriləcək.

Oxu.Az xəbər verir ki, filmin rejissoru Benni Bumdur. Filmdə baş rolları Demetrius Şipp, Danay Cekesay, Qurira Katerina Qrehem, Enni İlonze və başqaları ifa edib.   

Qısa olaraq film haqqında: Ekran işində rep əfsanəsi Tupak Şakurun dramatik həyatının əsas səhifələri yer alır. Dəfələrlə ittiham olunmuş və həbs edilmiş qaradərili getto, kriminal münaqişələrin iştirakçısı dünya rep mədəniyyətinin ən nüfuzlu simasına çevrilir.

Tədbirdə qonaqları furşet və filmin ssenarisinə uyğun surprizlər gözləyir. Həmçinin “2pac: Əfsanə” filmini hamıdan tez izləmək istəyənlər “CinemaPlus Gənclik Mall” kinoteatrının kassalarından artıq biletləri əldə edə bilərlər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralarla sizi sevindirməyə hazırdır.

A.S.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri