25 
İyl
2017
15:45
33
126
4361
Virtual karabakh

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

25 İyl, 2017
15:45
4361

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Respublikanın ən əsas turizm regionlarından biri olan Qəbələ şəhəri hər il olduğu kimi, bu il də klassik musiqi sevənləri qarşılamağa hazırlaşır.

Oxu.Az xəbər verir ki, 29 iyul - 3 avqust tarixində Qəbələ Konqress Mərkəzində IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində, bir çox ölkələrin kamera və klassik orkestralarının çıxışı baş tutacaq. 6 gün davam edəcək musiqi bayramı çərçivəsində hər gün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrı, İngiltərənin Femusa kamera orkestrı və digər qrupların çıxışları olacaq.

Festival boyunca, ölkəmizin görkəmli sənətkarları - Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski və digərləri ilə yanaşı, Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitriy Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vajgl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digər ölkələrin tanınmış musiqiçilərinin çıxışları baş tutacaq.

Qeyd edək ki, 2009-ci ildən başlayaraq hər il yay aylarında (iyul-avqust) Qəbələ şəhəri beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Bu il 9-cusu təşkil olunan bu festival əsasən klassik musiqi sevənlər üçün nəzərdə tutulub. Lakin bununla yanaşı, konsert proqramına muğam və cazz ifaçıları da öz töhfələrini verirlər. Festivalın Qəbələ şəhərində keçirilməsinə baxmayaraq, festival çərçivəsində Qax və Şəki şəhərlərində də musiqi proqramı həyata keçirilir.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri