Avq
2017
13:55
196
25
10697
Virtual karabakh

Azərbaycanlı milyonçunun nəvəsi: Fəxrəddin Manafovu sevmişəm – FOTO

3 Avq, 2017
13:55
10697

Azərbaycanlı milyonçunun nəvəsi: Fəxrəddin Manafovu sevmişəm – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın görkəmli kino xadimi, Xalq artisti Fəxrəddin Manafov doğum gününü və Milli Kino Bayramını pərəstişkarları ilə qeyd edib.

Oxu.Az Publika.az-a istinadla xəbər verir ki, 62 yaşı tamam olan tanınmış kino ulduzunun dünən “YARAT” Müasir İncəsənət Mərkəzində sevənləri ilə görüşü baş tutub. Görüşdə F.Manafov ona ünvanlanan sualları cavablandırıb, sevənləri ilə şəkillər çəkdirib.

Fəxrəddin Manofovu izləməyə gələnlər arasında azərbaycanlı milyonçu Ağa Musa Nağıyevin nəvəsi, İctimai Birliyinin sədri, yazıçı Dilarə Ağa Musa Nağıyeva da gəlib. Aktyorla qucaqlaşan Dilarə Nağıyeva ona heyranlığını ifadə edib, həmçinin öz zarafatlarından da qalmayıb:

“Burada toplaşan gözəl və gənc qızları görəndə çox qısqandım, amma bilin ki, mən onu sizdən əvvəl tanımışam və sevmişəm”.

Daha sonra mərkəzdə F.Manafov və türkiyəli aktrisa Meral Konratın çəkildiyi “Təhminə” filmi nümayişi baş tutub.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri