Avq
2017
19:00
30
154
2893
Virtual karabakh

Məşhur yazıçı Trampdan üzr istədi

3 Avq, 2017
19:00
2893

Məşhur yazıçı Trampdan üzr istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya yazıçısı Coan Roulinq ABŞ prezidenti Donald Trampı tənqid etdiyi üçün ondan üzr istəyib.

Oxu.Az-ın kulis.az-a istinadən verdiyi məlumata görə Roulinq Trampı əlil arabasındakı uşağa diqqətsizlik göstərdiyinə görə  tənqid etmişdi.

“Bir çox mənbələr mənə bildirdilər ki, prezidentin əlil arabasındakı uşağa diqqət göstərməməsi ilə bağlı “tvit”lərim həqiqətə uyğun deyil. Mən həmən videoda fiziki qüsurlu insanlara qarşı etinasızlığa olan münasibətimi dəqiq ifadə etmişəm”, – Roulinq yazıb.

O daha sonra əlavə edib ki, əgər “tvit”ləri ilə həmən oğlanı və onun ailəsini də incidibsə, onlardan da üzr istəyir.

Qeyd edək ki, yazıçı bir müddət əvvəl Ağ Evin rəhbərini səhiyyədə islahatlarla bağlı konfrans zamanı əlil arabasındakı oğlana diqqət göstərmədiyinə görə tənqid etmişdi.

M.B.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri