Avq
2017
11:05
22
57
1975
Virtual karabakh

“CinemaPlus” Milli Kino Gününü qeyri-adi qeyd etdi – FOTO

4 Avq, 2017
11:05
1975

“CinemaPlus” Milli Kino Gününü qeyri-adi qeyd etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” Milli Kino Günündə Azərbaycanın kinoteatr sahəsində 50 il təcrübəsi olan Qasımov Gennadini təbrik edib. Onun karyera yüksəlişi 1967-ci ildə əfsanəvi “Azərbaycan” kinoteatrının açılışından başlayıb. Az insanın uzun müddət eyni vəzifədə qalmasını nəzərə alsaq, bu, çox mühüm rəqəm sayıla bilər.

Onun çox peşəkar və təcrübəli mütəxəssis olması müdiriyyət və həmkarları tərəfindən çox yüksək qiymətləndirilir. Həmkarkar Gennadini yalnız peşəkarlığına görə yox, həm də insani keyfiyyətlərinə görə qiymətləndirirlər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar la sizi sevindirməyə hazırdır. 

A.S.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri