Avq
2017
09:45
20
66
1549
Virtual karabakh

IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi oldu – FOTO

7 Avq, 2017
09:45
1549

IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti keçirilib.

Fonddan Oxu.Az-a verilən xəbərə görə, Milli Məclis deputatlarının, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli Fəttah Heydərov çıxış edərək bu festivalın ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. 

Festivalın bədii rəhbərlərindən biri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski çıxışında diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. 

Sonda səhnə Azərbaycan Dövlət Simfonik Orkestrinin ixtiyarına verilib. Dünya şöhrətli italiyalı dirijor Roberto Molinellinin rəhbərliyi ilə keçən konsertdə orkestri tanınmış Litva musiqiçisi Nomeda Kazlaus (soprano) və hazırda İtaliyada musiqi təhsili alan Azər Rzazadə (tenor) və Məhərrəm Hüseynov (baritone) müşayiət ediblər.

Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən Azərbaycan Dövlət Simfonik Orkestrin konsertində bəstəkar R.Vaqner, P.İ.Çaykovski, C.Verdi, V.A.Motsart, R.Molinelli, İ.Kalmanın əsərləri səsləndirilib. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri