13 
Avq
2017
00:30
113
35
2562
Virtual karabakh

“Gələcəyin kitabxanası” ədəbi əsərləri XXII əsrə göndərir

13 Avq, 2017
00:30
2562

“Gələcəyin kitabxanası” ədəbi əsərləri XXII əsrə göndərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveçdə “Gələcəyin kitabxanası” yaradılır. 2014-cü ildə start götürən və 100 ilə hesablanan bu layihə şotland rəssamı Keti Patersona məxsusdur.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, layihəyə görə, XX əsrdə hər yazıçı ildə bir romanını “Gələcəyin kitabxanası”na verir. Toplanan əsərlər 2114-cü ildə nəşr olunacaq. Bu yolla ədəbiyyatın “zaman maşını” icad olunur: müəlliflər əsərlərinin sonrakı taleyindən xəbər tutmadan onu uzaq gələcəyə göndərirlər.

“Gələcəyin kitabxanası”nda artıq Marqaret Etvudun, Devid Mitçellin və Syon Siqurdssonun yeni əsərləri saxlanılır.

Əlyazmalar Oslo ictimai kitabxanasının xüsusi avadanlıq quraşdırılmış zalında saxlanılır. Elektron lövhədə saxlanılan əsərlərin siyahısını görmək mümkündür, lakin bu əsərlər əlçatan deyil.

Üç il bundan əvvəl təşkilatçılar min ədəd şam ağacı əkiblər. Bu da beynəlxalq layihənin hazırkı dövrdə yeganə görünən tərəfidir. Məhz həmin ağaclardan 2114-cü ildə ədəbi əsərlərin çapı üçün kağız hazırlanacaq. Bununla belə, tiraj 1000 nüsxə ilə məhdudlaşıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri