Avq
2017
10:17
11
56
1744
Virtual karabakh

Məşhur aktyor və musiqiçi vəfat etdi

9 Avq, 2017
10:17
1744

Məşhur aktyor və musiqiçi vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı musiqiçi və aktyor Qlen Kempbell 81 yaşında dünyasını dəyişib.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, uzun müddətdir Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Bu diaqnoz amerikalı musiqiçiyə 2011-ci ildə qoyulub.

Altsheymer - bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji xəstəlikdir. Xəstəlik ilk növbədə yaddaş və digər intellektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə özünü göstərir.

Q.Kempbell 1960-cı illərin Amerika pop musiqisinin ən məşhur gitara ifaçılarından sayılırdı.

O, “Ən yaxşı kişi vokal ifaçısı” (1967), “İlin ən yaxşı albomu” (1968) və “Ən yaxşı kantri-musiqi” (2015) nominasiyaları üzrə “Qremmi” mükafatının sahibi olub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri