Avq
2017
12:40
106
85
7668
Virtual karabakh

Dünya sirk ulduzları Bakıya gəlir – FOTO

9 Avq, 2017
12:40
7668

Dünya sirk ulduzları Bakıya gəlir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev adına İdman və Konsert Kompleksində sentyabrın 29-dan oktyabrın 8-dək “Forsaj şou” beynəlxalq sirk proqramı təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, proqramda Rusiya, Kolumbiya, Çili, Venesuela, Belarus, Ukrayna, Azərbaycan və başqa ölkələrin sirk ustaları çıxış edəcək.

Konsertdə Rusiyanın “Ayılar sükan arxasında” attraksionu, Mario Seballosun kaskadyor qrupunun “Ekstremal motosikl şousu”, həmçinin,  “Şücaət çəmbəri”, “Havada uçuş”, “Batutla akrobatlar” və digər məşhur sirk nömrələri nümayiş oluncaq.

Bakı arenasında ilk dəfə olaraq Azər Həmzəyevin rəhbərliyi ilə “Süvari” qrupu - əfsanəvi Qarabağ atları ilə çıxış edən cəsur igidlər öz məharətlərini göstərəcəklər.

Proqramın müddəti 2 saat 10 dəqiqə (fasilə 20-25 dəqiqə) olacaq.

Biletləri https://iticket.az/az/events/intercircus internet saytı və şəhərin kassalarından almaq mümkündür.

Biletləri pulsuz əldə etmək istəyənlər aşağıdakı linkə keçid edərək müsabiqədə işitirak edə bilərlər: https://www.facebook.com/sirkforsaj/posts/500876990249820

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri