Avq
2017
17:15
21
376
17492
Virtual karabakh

Xalq artisti və Xalq yazıçısının qızı dilənçilik edir - FOTO

9 Avq, 2017
17:15
17492

Xalq artisti və Xalq yazıçısının qızı dilənçilik edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onun metronun “Nərimanov” stansiyası tərəfdə, kiçik bir köşkün küncünə sığınıb, astadan zümzümə edərək, diləndiyini gördüm. Ayaq saxlayıb bir neçə dəqiqə müşahidə etdim. İstədim yoluma davam edim, amma dayandım. Doğrusu, maraq məni bürümüşdü. Yaxınlaşdım və söhbətə başladıq…Bu, Azərbaycan SSR Xalq artisti Rübabə Muradovanın qızı, 55 yaşlı Nailə Muradovadır”.

Oxu.Az sfera.az-a istinadən N.Muradovanın həyat hekayəsini oxuculara təqdim edir.

– Bayaqdan sizə baxıram. Niyə ağlayırsınız?

– Ay bala, dərdim böyükdür. Allah heç bir ananı övladla sınağa çəkməsin. De ki, ana, heç ağlamayan günün var? Kaş ki, öləydim. Əzab-əziyyətlə bala böyütdüm, bəhrəsini görən vaxt bala da belə olsun (hönkürtü ilə ağlayır).

– Oğlunuza nə olub ki?

– Oğlum iki ilə yaxındır xərçəng xəstəsidir (ağlayır). 35 yaşı var, özü də subaydı.

– Bəs, oğlunuzdan başqa övladınız var?

– Var!  O, bu oğlumdan üç yaş balacadır. İki il olar ki, Rusiyaya işləmək adı ilə gedib. Orada da bir rusa ilişib qaldı. Rusdan bir qızı var. Heç elə bil onun bir anası, bir xəstə qardaşı yoxdur burada. Nə vaxt zəng etsək, ağzımızı açmamış, “mənim də vəziyyətim ağırdı, imkan yoxdu” deyir. Bir qəpik də olsun bizə kömək etmir. Mən cəhənnəm, heç olmasa, zəng edib quru-quru da olsa, qardaşının xəstəliyi ilə maraqlanmır. Ancaq düşüb bir rusun dalına. Elə bil o rus buna əziyyət çəkib böyüdüb, biz yox. Biz olmuşuq yad, o olub doğma (doluxsunur).

- Bəs, həyat yoldaşınız?

– Ehhh a qızım, kaş ərim sağ qalardı. O sağ qalsaydı, mən indi dilənçilik etməzdim. Balamın dərdi onun da ürəyini partladıb öldürdü. O, öləndən sonra yüküm daha da ağır oldu. Artıq 6-cı aydır ki, işləmirəm. Ancaq günümü dilənməklə keçirirəm. Əvvəllər evdə hər gün 200-300 pirojki bişirir, aparıb “Vasmoy bazarı”nda satırdım. Orada hamı məni tanıyırdı. Bilirdilər ki, təmizkar qadınam. Oğlumun bu xəbərini eşidəndən sonra belim qırıldı (kövrəlir). İndi də ayaqlarım tutulub, gəzə bilmirəm. Axşamlar gəlirəm, elə bu küncdə oturub balamçün gündəlik “çörəkpulu” dilənib gedirəm. İmkanım yaxşı deyil, neyniyim, təkbaşına qalmışam, gücüm nəyə yetirsə, onu da edirəm. Balamı gəzdirmədiyim həkimlər qalmayıb. İrana, Türkiyəyə qədər aparmışam. Hərəsi bir cür xəstəlik deyir, ancaq axırda xərçəng xəstəsi olmağı dəqiqləşdi. Elə mənim də belimi qıran balamın bu pis xəstəliyə tutulması oldu.

- Bəlkə, özünüz haqda danışasınız, həyat yoldaşınızla necə tanış olmusunuz?

– Nə danışım, ay qızım. Atalı-analı yetim böyüdüm. Nə atam mənimlə maraqlandı, nə də anam. Onu deyim ki, anam da tanınmış olub, atam da. O vaxt eşitdiyimə görə, anam başqası ilə ailəli olduğu üçün mən dünyaya gələn kimi “detdoma” verib. Heç bir dəfə də olsun mənim dalımca gəlmədi.  Anam qadın idi, onu çox qınamıram. Atam da maraqlanmadı. Ancaq anam internata verəndə tapşırmışdı ki, mənə xüsusi diqqət yetirsinilər. 16 yaşıma qədər internatda qaldım.

İnternatda da 16 yaşa qədər saxlayırdılar. Ərimlə də tanışlığım internatda baş tutdu. Bizi həyətə buraxanda bir-birimizi görüb bəyənmişdik. Yeniyetmə qız idim də… Sonra elə oldu ki, mənim 16 yaşım tamam olanda anama zəng edib demişdilər ki, “biz qızınızı sizin sözünüzlə qoruduq, indi də siz sahib çıxın”. O da mənə “Vasmoy” tərəfdə bir otaqlı ev aldı. Yoldaşımgil altı qardaş, iki bacı idilər. Ailələri çox kasıb idi. Yoldaşım da bilirdi ki, məndən başqası ilə ailə qursa, qalmağa yeri olmayacaq, ailəsini saxlaya bilməyəcək. Ancaq yoldaşım tərəf mən internatda böyüdüyüm üçün mənimlə evlənməyini istəmirdilər. O, heç kimin sözünə baxmadı və mən internatdan çıxanda ailə qurduq. Anamın mənə hədiyyə etdiyi evdə oğlanlarım böyüyüb ali təhsil alana qədər yaşadıq.

– Deyirsiniz ki, ananız da, atanız da tanınmış insanlar olub…

– Əlbəttə… Anam Xalq artisti Rübabə Muradova, atam isə şair, ictimai xadim Süleyman Rüstəm. O vaxt eşitdiyimə görə, anam Rübabə Muradova atamdan oxumaq üçün yazdığı şeirlərdən alanda pulu olmayıb və münasibətləri yaranıb, həmin isti münasibətin qurbanı mən olmuşam, mənə hamilə qalıb (ağlayır). Ancaq anam yazıq neyləsin, o biri ailəsi dağılmasın deyə, məni dünyaya gətirsə də, mənə baxa bilməyib. Anam qadın idi də, anamı çox qınaya bilmirəm, atam ki kişi idi. O maraqlana bilərdi də. Sağ olsun anam, bir otaqlı da olsa, yenə bir ev aldı. Küçələrdə qoymadı məni.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri