10 
Avq
2017
17:30
44
103
7034
Virtual karabakh

“CinemaPlus”da Faiq Babanlı ilə ovun sirləri – VİDEO + FOTO

10 Avq, 2017
17:30
7034

“CinemaPlus”da Faiq Babanlı ilə ovun sirləri – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premium kinoteatr “CinemaPlus Azerbaijan”da avqustun 30-da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, ovçu - Faiq Babanlının iştirakı ilə “Peru” sənədli filminin premyera öncəsi nümayişi keçiriləcək.

Oxu.Az xəbər verir ki, Faiq Babanlı dünyanın 73 ölkəsində olub. O, Afrika, Amazon cəngəllikləri, Yeni Zelandiya, Avstraliya, Alyaska, Qrenlandiya, Kolumbiya, Kamçatkada ov edib. Həmçinin o, Pamir, Tyan-Şan, Himalay, Pireney sıra-dağları kimi dünyanın ucqar yerlərində olub və öz kolleksiyasını artırmaqda davam edir.

Bu film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir. Oradan hətta qayıtmamaq təhlükəsi də var idi. Ov qanununa görə cəngəlliklərdə əgər yağış yağırsa və göydə Ay görünürsə, demək, heyvanlar gizlənəcəklər. Faiq Babanlı filmin rejissoru Asif İlyasov ilə məcbur olaraq cəngəlliklərin tropik yağışlı meşələrində “machete” ilə özlərinə yol açaraq keçilməz dərinliklərə daxil olurlar. O faktı da diqqətdən qaçırmamaq lazımdır ki, Cənubi Amerika ölkələrində ən çox zəhərli ilan məhz Peruda yaşayır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman xoş sürprizlər etməyə və kino aləminin ən yaxşı premyeraları ilə sizi sevindirməyə hazırdır.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri