16 
Avq
2017
11:41
8
248
6905
Virtual karabakh

Ramiz Əzizbəyli Türkiyəyə aparıldı: İki ay vaxtımız var

16 Avq, 2017
11:41
6905

Ramiz Əzizbəyli Türkiyəyə aparıldı: İki ay vaxtımız var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müalicə üçün Türkiyəyə aparılan Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli atasınnı səhhəti ilə bağlı Yenicag.az-a açıqlama verib.

Oxu.Az xəbər verir ki, X.Əzizbəyli “Bilirsiniz ki, atam iflic xəstəliyindən əziyyət çəkir. Onun əl-ayaq hərəkətlərində problemlər yaranıb. Türkiyəyə aparılmasında da məqsəd elə budur ki, əl-ayağı açılsın; atam hərəkət etsin, normal yerisin”, - deyib.

“Anam da yanındadır, mütəmadi əlaqə saxlayırıq. Hələ ki, ciddi irəliləyiş yoxdur. Çünki müalicə kursu tam bitməyib. Atamın müalicə kursu iki ay müddətində başa çatmalıdır. Yalnız iki aydan sonra vəziyyətinin necə olacağı barədə konkret nəsə demək olar. Hər şey Allahın əlindədir”, - deyə o əlavə edib.

Xalq artistinin qızı atasının yalnız müalicə kursu keçəcəyini bildirib: “Atam yalnız terapiya olunur. Əməliyyata icazə vermirlər. Həkimlər deyir ki, bu, onun həyatı üçün təhlükəli ola bilər”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri