Sen
2017
18:53
93
26
7832
Virtual karabakh

Məşhur yazıçıların KAPRİZLƏRİ

5 Sen, 2017
18:53
7832

Məşhur yazıçıların KAPRİZLƏRİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yazıçıların yazı prosesində qəribə adətləri olub.

Oxu.Az Kulis.az-a istinadən ədəbiyyat tarixinə bəlli olan bu adətləri təqdim edir.

Aleksandr Puşkin lüt bədəninə xələt geyinib masa arxasında oturub yazırdı.

Uolt Uitman istiridyə və ət yeməsə yaza bilmirdi.

Qustav Flober yumurtalı, göylü, pendirli və meyvəli səhər yeməyi yeyir, üstündən bir fincan soyuq şokolad yağı içərdi.

Marsel Prust zehnini bir fincan qəhvə ilə açardı.

Corc Bayron kökəlməmək üçün içdiyi suya sirkə qatırdı.

Frans Kafkanın süd asılılığı vardı. Südsüz o nəinki yaza, heç yaşaya bilmirdi.

Mayakovski küçəylə gedə-gedə addım səslərindən yazacağı şeirin ritmlərini tuturdu.

Murakami roman işlərkən səhər saat 4-də yuxudan qalxır və dayanmadan 5-6 saat yazır.

Stevan King əvvəl bir vitamin içir, sonra musiqiyə səs verib konsentrasiya olurdu.

Əziz Nesin yazanda otağın qapı-pəncərəsini bərk-bərk bağlayır, masanın üstünə isə skelet qafası qoyurdu.

Səməd Vurğun kostyum geyinib, qalstuk taxıb, rəsmi geyimdə işləyirdi.

Süleyman Rəhimov kasayla dovğa içə-içə yazırdı.

Vaqif Cəbrayılzadə tamamlaya bilmədiyi şeirlərin havasına girmək üçün biri-birinin əksinə gedən iki qatarın arasında dayanırdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri