Sen
2017
13:00
130
19
5868
Virtual karabakh

Azərbaycanlı əlil aktyor İspaniyanın məşhur jurnalında – FOTO

8 Sen, 2017
13:00
5868

Azərbaycanlı əlil aktyor İspaniyanın məşhur jurnalında – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fotoqraf Eltac Zeynalovun “ƏSA” teatrında həyata keçirdiyi fotolayihə beynəlxalq arenada kifayət qədər məşhur olan İspaniyanın “Dodho” fotoqrafiya jurnalında dərc olunub.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, əlilliyi olan insanların problemlərini qabartmaq, onların yaşam mübarizəsini işıqlandırmaq məqsədi daşıyan layihənin ilk qəhrəmanı teatrın aktyoru Elvin Mirzəyev olub.

Jurnalda “Kristal adam” kimi təqdim edilən Elvin Mirzəyev natamam osteogenez xəstəliyindən əziyyət çəkir. Uşaqlıq dövründən müxtəlif çətinliklərlə üzləşməsinə baxmayaraq, öz məqsədləri uğrunda mübarizə aparıb, stereotipləri qırmağa çalışıb. Onun aktyorluq sevgisi fiziki məhdudiyyətinə qalib gəlib. Hazırda o, “ƏSA” teatrında baş tutan tamaşalarda uğurlu çıxış edir və özünü aktyor kimi daim inkişaf etdirməyə çalışır.

Fotolayihənin müəllifi Eltac Zeynalov, çətinliklərə baxmayaraq, əlilliyi olan insanların bu dünyadan imtina etməyəcəyini, bu dünyanın hamımız üçün olduğunu və əlilliyi olan insanların da bu dünyada yaşamağa, azad olmağa, həyatdan zövq almağa layiq olduqlarını bildirib.

Fotoqrafın sözlərinə görə, fotolayihə davamlı şəkildə həyata keçiriləcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri