11 
Sen
2017
14:23
16
53
2638
Virtual karabakh

“İkinci pərdə” filminin ilk tizeri yayıldı – VİDEO

11 Sen, 2017
14:23
2638

“İkinci pərdə” filminin ilk tizeri yayıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rejissor Emil Quliyevin çəkdiyi “İkinci pərdə” filminin ilk tizeri ağır süjet xətti ilə tamaşaçıların marağına səbəb olub. Evdə həyat yoldaşını başqa kişi ilə görən ər hər ikisinin qatilinə çevrilir. Lakin sonra nə baş verəcəyi məlum deyil.

Oxu.Az xəbər verir ki, 16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin baş prodüseri Orxan Mərdandır.  

Filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.

Qeyd edək ki, Emil Guliyevin bundan əvvəl çəkdiyi “Pərdə” filmi qohum evliliyi, övlad-valideyn münasibətləri kimi ağır sosial mövzülara toxunmuş və izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri