13 
Sen
2017
15:33
147
13
2248
Virtual karabakh

Azərbaycanlı pianoçu Bolqarıstanda uğura imza atdı – FOTO

13 Sen, 2017
15:33
2248

Azərbaycanlı pianoçu Bolqarıstanda uğura imza atdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1-8 sentyabr tarixində Bolqarıstanda “Orfeya varisləri” beynəlxalq piano müsabiqəsi keçirilib. Müsabiqədə ölkəmizi təmsil edən Bakı Musiqi Akademiyasının üçüncü kurs tələbəsi Alp Əliyev üçüncü yerə layiq görülüb. A.Əliyevin müəllimi Bakı Musiqi Akademiyasının dosenti Yuliya Kərimovadır.

Oxu.Az xəbər verir ki, müsabiqədə Bolqarıstan, Almaniya, Avstriya, Estoniya, Ukrayna, Rusiya və Çin kimi ölkələrin təmsilçiləri iştirak edib. Bax, Bethoven və Şopenin əsərləri ifa olunub.

Beynəlxalq münsiflər heyətinin tərkibində isə Tamara Poddubnaya (ABŞ,) Boqomil Bonev (Bolqarıstan), Tomislav Boynov (Almaniya), Yosif Radionova (Bolqarıstan), Georgi Spassov (Bolqarıstan), Natalia Troshina (Estoniya) olub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri