15 
Sen
2017
10:28
144
18
13021
Virtual karabakh

“Bəxtiyar”ın Saşası danışdı: Filmdə başqa aktrisa oynamalı idi - FOTO

15 Sen, 2017
10:28
13021

“Bəxtiyar”ın Saşası danışdı: Filmdə başqa aktrisa oynamalı idi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəxtiyar” filmindəki işim bu günədək ən yaxşı xatirələrim sırasındadır”.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə “Bəxtiyar” (“Sevimli mahnı”) filminin qəhrəmanı Saşa Verxovskaya obrazını yaradan tanınmış rusiyalı aktrisa Tamara Çernova deyib.

T.Çernova bu filmdə başqa aktrisanın oynamalı olduğunu bildirib: “Amma bu, nədənsə alınmadı. Çəkilişlər artıq başlayırdı və rejissor təcili olaraq baş rol üçün aktrisa tapmalı idi. Bilmirəm, bu, necə baş verdi, amma baş rolu mənə təklif etdilər”.

Aktrisa deyib ki, Moskvadan Bakıya gəldikdən dərhal sonra çəkilişlər başlayıb: “Çəkilişlər ilin müxtəlif fəsillərində davam etdiyi üçün Bakıya bir neçə dəfə gəlməli oldum. Amma bu mənim üçün çətin deyildi, çünki hər dəfə çəkiliş qrupunun diqqət və qayğısını görürdüm”.

T.Çernova qeyd edib ki, filmin çəkilişləri başa çatdıqdan sonra o, bir daha Bakıya gəlməyib.

Rus aktrisa çəkiliş zamanı maraqlı hadisələrdən də danışıb: “Filmin süjetinə əsasən, mən avtomobil sürməli idim, amma bacarmırdım. Mənə avtomobil sürməyi hərbçilər öyrədirdi. Səhnələrin birində çəkiliş qrupunun düz yanında avtomobili idarə etməli idim. Sürməyi təzə öyrəndiyim üçün hamımız qorxurduq (gülür). Mən sükan arxasına keçən kimi, hamı uzaqlaşdı. Orada yalnız operator və onun köməkçisi qaldı. Hər kəs çox həyəcanlı idi, hətta dua edirdilər. Bu epizodu üç dəfə çəkdik və hər şey ideal alındı. Bunun şərəfinə Rəşid Behbudov bağ evində çəkiliş qrupuna kabab qonaqlığı verdi”.

O, Bakı şəhərinin əbədi olaraq onun yaddaşında gözəl və doğma şəhər kimi qaldığını deyib.

Təəssüf ki, yanvarın 2-si 90 illiyini qeyd edəcək T.Çernovadan başqa “Bəxtiyar” filminin yaradıcı kollektivindən həyatda qalan yoxdur.

Qeyd edək ki, T.Çernova SSRİ-nin Xalq artisti Rəşid Behbudovla birgə “Bəxtiyar” filmində unudulmaz romantik cütlük obrazını yaratmışdı. Film 1955-ci ildə rejissor Lətif Səfərov tərəfindən çəkilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri