16 
Sen
2017
12:00
223
57
16431
Virtual karabakh

Məşhur Azərbaycan brendi dünyaya açılır – FOTO

16 Sen, 2017
12:00
16431

Məşhur Azərbaycan brendi dünyaya açılır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulun “Zorlu Center” ticarət mərkəzində 12-15 sentyabr tarixləri arasında “Mercedes-Benz Fashion Week” dəb həftəsi keçirilib. Tədbirin son günü-sentyabrın 15-də Türkiyədə yaşayan dünya şöhrətli azərbaycanlı model Rüfət İsmayılın “Naz by Rufat Ismayil” moda evinin geyim kolleksiyası nümayiş edilib.

Oxu.Az-ın məlumatına görə, “Naz” moda evi tanınmış azərbaycanlı dizayner Fəridə Məmmədova tərəfindən təqdim olunub. Onun əsas məqsədi azərbaycanlı dizaynerlərin işini dünyaya tanıtmaq və yüksək moda sahəsinə töhfələr verməkdir.

“Fusion” adlı kolleksiyada 2018-ci ilin yaz-yay mövsümünün geyimləri nümayiş edilib. “Naz by Rufat Ismayil” moda evinin qadın geyimləri kolleksiyası 1800-cü illərin obrazlarından ilhamlansa da, buraya müasir çalarlar əlavə edilib.

Moda nümayişində Türkiyənin populyar modelləri – Çağla Şikel, Özge Ulusoy, Şebnem Şefferlə yanaşı, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva da iştirak edib.

“Naz by Rufat Ismayil” moda evinin kişi geyimləri kolleksiyasını isə kikboks üzrə dünya çempionu Avatar Atakan təqdim edib.

Qeyd edək ki, “Mercedes-Benz Fashion Week” hər il müxtəlif ölkələrdə keçirilir. Dəb həftəsi Rusiya, Almaniya, ABŞ, Türkiyə, Avstraliya və digər ölkələrdə təşkil olunub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri