16 
Sen
2017
12:45
148
41
4146
Virtual karabakh

Vahid Mustafayevin güllə altında yazdığı kitab - FOTO

16 Sen, 2017
12:45
4146

Vahid Mustafayevin güllə altında yazdığı kitab - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu kitabın yazılmasına ehtiyac vardı, bizdə də oxucular müharibənin iştirakçısı olmuş müəllifin gözləri ilə savaş səhnələri görməli idilər”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri tanınmış hərbi reportyor Vahid Mustafayev yeni çapdan çıxmış “Bulağıstan. Yaddaş” kitabının təqdimatı zamanı bildirib.

Kitabda 2007-ci ildə yazılmış “Bulağıstan” povesti və 2010-cu ildə yazılmış “Yaddaş” romanı yer alıb. Hər iki əsər Qarabağ mövzusunu əhatə edir. “Bulağıstan”da susuzluq girdabında qovrulan bir kəndin faciəsi təsvir edilib: insanlar kəndi tərk etməyə başlayır, yalnız övladları Qarabağda şəhid olmuş Naxış xala və Rəhim kişi getmirlər. Onlar şəhid övladlarının məzarını susuz qoymurlar.

“Yaddaş” romanında isə müəllif Birinci Qarabağ müharibəsində doğma kəndə hücum etmiş erməni-rus birləşmələrinin qarşısını almağa çalışan dörd gəncdən bəhs edir. Onlardan biri ölümcül yaralanır. 17 ildən sonra komadan ayılmış Azər keçmişini xatırlamaq üçün yola çıxır…

Vahid Mustafayev çıxışında şahidi olduğu hadisələri qələmə aldığını, həm də rejissor kimi lentə köçürdüyünü bildirib: “Qarabağ hadisələri barədə film çəkmək istəyəndə biz müharibənin iştirakçısı olmuş müəlliflərin real hadisələri təsvir edən əsərlərinə əsaslanmaq istədlik. Rus ədəbiyyatında yetərincə belə müəlliflər var - Boris Polevoy, Mixail Şoloxov. Amma Azərbaycan ədəbiyyatında beləsini tapa bilmədik. Buna görə real hadisələri qələmə almağa məcbur olduq”.

Kitabın təqdimatında kitabın naşiri Rasim Müzəffərli, tanınmış jurnalist Mir Şahin, İbrahim Nəbioğlu, rejissor Vasif Babayev və başqaları çıxış etdilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri