18 
Sen
2017
14:57
88
18
4833
Virtual karabakh

Həyat yoldaşı Rafiq Hüseynovun səhhətindən danışdı

18 Sen, 2017
14:57
4833

Həyat yoldaşı Rafiq Hüseynovun səhhətindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun vəziyyəti normallaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya diktorun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, Rafiq Hüseynovun müalicəsi palatada davam etdirilir: “Hər şey yaxşılığa doğrudur. Yavaş-yavaş özünə gəlir. Düzdür, hələlik yemək yeməyi, gəzməyi çətindir, amma həkimlər bizi arxayın ediblər ki, get-gedə bütün narahatlıqlar aradan qalxacaq. Əsas odur, kritik vəziyyətdən çıxıb, indi özünü normal hiss edir”.

Həyat yoldaşı əlavə edib ki, sentyabrın 20-21-də Rafiq Hüseynov xəstəxanadan çıxıb Bakıya gələ bilər: “Həkimlərlə danışmışıq, deyirlər, iki-üç gün də gözləyək, əgər əlavə problemlər çıxmazsa, xəstəxanadan evə yaza bilərlər. Yataq şəraitindədir, ola bilər, bu vəziyyət bir ay da çəksin. Ona görə xəstəxanada artıq vaxt itirmək istəmirik. Özü də çox darıxır. Bakıdan dostları, iş yoldaşları, jurnalistlər tez-tez zəng vururlar. Xahiş edirəm, Rafiqin Hüseynovun səhhətini diqqətdə saxlayan, bu çətin günlərdə bizi tək qoymayan bütün insanlara minnətdarlığımızı çatdırın”.

Qeyd edək ki, Xalq artisti R.Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri