19 
Sen
2017
12:22
5
128
6042
Virtual karabakh

Baş həkim Fuad Poladovun xəstəliyindən danışdı

19 Sen, 2017
12:22
6042

Baş həkim Fuad Poladovun xəstəliyindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimov Azərbaycanın Xalq artisti Fuad Poladovda xərçəng tapılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, A.Kərimov Medicina.az-a açıqlamasında onun xəstəxanaya müraciət etdiyini təsdiqləyib.

“Həqiqətən də, Fuad Poladov bizim mərkəzdə olub. Amma mən əlavə məlumat verə bilmərəm. Bu, xəstənin sirridir. Bəlkə, heç Fuad müəllim özü xərçəng olduğunu bilmir? Biz elə xəstələri aldadırıq, inandırırıq ki, sizdə ciddi bir xəstəlik yoxdur. Çünki çox vaxt xəstələrdə bu, ağır psixoloji sarsıntı yaradır. Bu da xəstəliyin inkişafını sürətləndirir. Yaxşı olar ki, bu xəbərin düz olub-olmadığını bizim görkəmli aktyorumuzun özündən soruşasınız. Mən sirrini aça bilmərəm. Mərkəzimizə gələnlərin çoxu xərçəng olduğunu bilmir. Biz onları inandırırıq ki, müalicələr profilaktik məqsədlərlə aparılır”.

Qeyd edək ki, Xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkarlanması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, o, qırtlaq xərçəngindən əziyyət çəkir. Fuad Poladovun artıq bir müddətdir ki, danışa bilmədiyi və Milli Onkologiya Mərkəzində müalicə olunduğu qeyd olunur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri