20 
Sen
2017
16:18
160
27
2346
Virtual karabakh

Azərbaycanlı rəssam Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçildi - FOTO

20 Sen, 2017
16:18
2346

Azərbaycanlı rəssam Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçildi - FOTO

Türkiyə Respublikası Yeditepe Universitetinin dosenti, Azərbaycanın Əməkdar rəssamı, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlı Rəssamlar Birliyinin sədri Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, T.Rzayev Türkiyə ilə Rusiya Federasiyası arasındakı mədəniyyət və sənət əlaqələrinin inkişafındakı xidmətlərinə görə həmin medala layiq görülüb.

Rusiya Rəssamlıq Akademiyasının yaradılmasının 260 illik yubileyi çərçivəsində keçirilən tədbirdə medalı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, akademik Zurab Tseriteli təqdim edib.

Təqdimat mərasimində Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya Sənət Akademiyasının akademiki Tahir Salahov, Mimar Sinan Universitetinin rektoru, professor Yalçın Karayağız, professor Aydın Ayan və Yeditepe Universitetinin Gözəl Sənətlər fakültəsinin dekanı, professor Gülveli Kaya və digər qonaqlar iştirak edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri