27 
Sen
2017
15:17
159
26
2184
Virtual karabakh

Türkiyədə Cahangir Novruzova həsr olunan sənədli filmin təqdimatı keçirildi

27 Sen, 2017
15:17
2184

Türkiyədə Cahangir Novruzova həsr olunan sənədli filmin təqdimatı keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə bu şəhərdə keçirilən  XXIV Beynəlxalq Adana Film Festivalı çərçivəsində Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədr müavini Cahangir Zeynalov haqqında “2 Dil 1 Harmoni” adlı bioqrafik sənədli filmin təqdimatı olub.

Bu barədə Oxu.Az-a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sinema İdarəsi Müdirliyinin sifarişi ilə çəkilən filmin quruluşçu rejissoru və prodüseri əslən azərbaycanlı olan, hazırda Türkiyədə yaşayan Nəcibə Abbasovadır.

Filmdə Cahangir Novruzovun həyat və yaradıcılığından, onun ailə kökləri, babası Cahangir Zeynalov, anası, Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalova və 130 ildir Azərbaycan səhnəsində olan ailə şəcərəsindən bəhs edilir. Filmdə həm Türkiyə, həm də Azərbaycanın tanınan mədəniyyət və incəsənət xadimləri Cahangir Novruzov barədə ürək sözlərini söyləyiblər. Sənədli filmin Rusiya, Türkiyə və Azərbaycanda nümayişi nəzərdə tutulub. Türk dilində çəkilən film ingilis dilində subtitrlərlə təqdim edilib. “2 Dil 1 Harmoni” filminin festivallara təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 24-də başlayan Adana Film Festivalı oktyabrın 1-də başa çatacaq və hər il olduğu kimi, bu il də festivalda 5 kateqoriya üzrə 30 “Altın Koza” mükafatı sahiblərinə təqdim ediləcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri