28 
Sen
2017
14:55
36
29
2494
Virtual karabakh

“CinemaPlus”da “Cinemazadeh” dublyaj həftəsi”nə start verildi

28 Sen, 2017
14:55
2494

“CinemaPlus”da “Cinemazadeh” dublyaj həftəsi”nə start verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində sentyabrın 28-dən oktyabrın 7-dək “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş filmlərin həftəsi keçiriləcək.

Kinoteatrdan Oxu.Az-a bildirilib ki, “Super alibi”, “Spark. Bəşəri Qəhrəman” (animasiya filmi), “Sualtı era” (animasiya filmi) və “Bəd Santa - 2” kimi filmlər nümayiş olunacaq.

“Super Alibi” fransız komediyasını Əməkdar artist Sənubər İsgəndərli, rəqqasə-aktrisa Oksana Rəsulova, aparıcılar Günel Hümbətova, Vüsal Xalıqoğlu, Vüsal Murtuzəliyev, aktyor Rövşən Məmmədli, həmçinin 15-dən artıq peşəkar aktyorlar səsləndiriblər.

“Spark. Bəşəri Qəhrəman” ailəvi animasiya filmini Əməkdar artistlər Murad Dadaşov, Sənubər İsgəndərli, Cabir İmanov, aktrisa Hüsniyyə Mürvətova, aparıcı Tural Əsədov, aktyorlar İslam Mehrəliyev, Azər Aydəmir və Rövşən Məmmədli dublyaj ediblər.

“Sualtı era” ailəvi animasiya filmini  Miri Yusif, Sevda Ələkbərzadə, Cin, Samirə Əfəndi, Ülfət Bəşir, Rəhim Rəhimov, Elnur Hüseynov, Azər Aydəmir, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Tural Əsədov, Səid Məmmədov, Samirə Cazzi Müşfiq Mirzəyev səsləndirib.

“Bəd Santa - 2” komediyasını Sənubər İsgəndərli, Nura Suri, Murad Arif, Zaur Şəfiyev və Xələf Cəfərovun səsləndirməsində izləyə bilərsiniz.

“CinemaPlus” kinoteatrı hər zaman xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sizi sevindirməyə hazırdır. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri