28 
Sen
2017
17:49
186
66
6915
Virtual karabakh

“Kara sevda” “Emmi” mükafatı ala bilər – FOTO

28 Sen, 2017
17:49
6915

“Kara sevda” “Emmi” mükafatı ala bilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur aktyorları - Burak Özçivit, Neslihan Atagül Kaan Urgancıoğlunun baş rol aldığı “Kara sevda” serialı dünyanın ən nüfuzlu mükafatlarından biri olan “Emmi” mükafatını qazanmaq üçün finala yüksələn ilk türk serialı olub.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ekran əsəri “Ən yaxşı serial” nominasiyasında namizəd olan dörd serialdan biridir.

“Emmi” mükafatının təqdimetmə mərsimi bu il, noyabrın 20-də Nyu-Yorkda keçiriləcək. 

“Emmi” - Amerikada televiziya sahəsində təqdim edilən mükafatdır. “Oskar” (kino sahəsində) “Qremmi” (musiqi sahəsində) və “Toni” (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri