29 
Sen
2017
14:39
34
68
5058
Virtual karabakh

“İkinci pərdə” filminin treyleri təqdim olundu - VİDEO

29 Sen, 2017
14:39
5058

“İkinci pərdə” filminin treyleri təqdim olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Alov Qüllələri”ndə yerləşən “Park Cinema” kinoteatrında “İkinci Pərdə” filminin treyleri jurnalistlərə təqdim olundu. 16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin rejissoru Emil Quliyev, baş prodüseri isə Orxan Mərdandır. 

Kinoteatrdan Oxu.Az-a verilən xəbər görə, filmin süjet xətti xəyanət üzərində qurulub. Evdə həyat yoldaşını başqa kişi ilə görən ər daha sonra hansı addımları atacaq? Bu, tamaşaçıya məlum deyil.

Filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.

Qeyd edək ki, Emil Quliyevin daha öncə çəkdiyi “Pərdə” filmi qohum evliliyi, övlad-valideyn münasibətləri kimi ağır, sosial mövzulara toxunmuş və izləyicilər tərəfindən birmənalı qarşılanmamışdı. “İkinci pərdə”nin də eyni səs-küyə səbəb olacağı gözlənilir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri