Okt
2017
15:37
106
39
19371
Virtual karabakh

Aktyorlar ayağa qalxdı: Səninlə işləmək istəmirik! - FOTO

2 Okt, 2017
15:37
19371

Aktyorlar ayağa qalxdı: Səninlə işləmək istəmirik! - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi arasında başlanan qarşıdurma daha da dərinləşir.

Oxu.Az yenicag.az-a istinadla xəbər verir ki, aktyor Əjdər Zeynalovun 29.09.2017 tarixində mətbuata verdiyi müsahibəsində teatrın rəhbəri İftixar Piriyevin əleyhinə söylədiyi fikirlər kollektivi ayağa qaldırıb.

Teatrın yaradıcı heyəti sözügedən məsələ ilə bağlı şikayət məktubu ünvanlayıb. Burada aktyorlar Əjdər Zeynalovla eyni kollektivdə çalışmaq istəmədiklərini bildiriblər: “Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalov müsahibəsində bildirir ki, “…hazırda bizim haqq işimizi dəstəkləyən çoxdur… Əgər İftixar Piriyevi dəstəkləyən tək-tük adam varsa, çoxdan səslərini çıxarmışdılar, yazmışdılar”. Biz – Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi göstərilən fikrə münasibətimizi kollektiv şəkildə bildiririk: “Öz iftira və böhtan xarakterli, qərəzli yazıları ilə teatrımızı nüfuzdan salmağa çalışan Əjdər Mehdi oğlu Zeynalov, teatrın rəhbərinin fəaliyyətini bəyənirik! Səninlə bir kollektivdə işləməkdən imtina edirik. Bu gündən etibarən səni sıramızda görmək istəmirik!”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri