Okt
2017
17:48
22
64
2770
Virtual karabakh

“Blade Runner 2049”: 26% daha çox görüntü eksklüziv olaraq “IMAX” zalında - VİDEO

5 Okt, 2017
17:48
2770

“Blade Runner 2049”: 26% daha çox görüntü eksklüziv olaraq “IMAX” zalında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həftənin premyeraları arasında əsas diqqət “Park Cinema” kinoteatrının “IMAX” zalında genişləndirilmiş 1:9:1 nisbətli xüsusi formatda təqdim olunan çoxdan gözlənilən “Blade Runner” filminə yönəlib. Bu isə o deməkdir ki, kinosevərlər yalnız “IMAX” zalında digər zallara nisbətən 26% daha çox görüntü izləyə biləcəklər.

Oxu.Az xəbər veri ki, genişləndirilmiş nisbəti əks etdirmək üçün standart kinozal və “IMAX” arasında fərqi aydın şəkildə göstərən xüsusi çarx və əlavə materiallar hazırlanıb.

“Blade Runner 2049” filmi tamamilə “IMAX®” formatına çevrilib: görüntü və səs keyfiyyəti müasir “IMAX DMR®” sayəsində xüsusilə adaptasiya edilib. “IMAX” zalının dəqiq konturları ilə vəhdət təşkil edən kristal şəffaflığında görüntü və güclü rəqəmsal səs – bütün bunlar izləyicini hadisələrin bir hissəsinə çevirir.

“Blade Runner  2049” filmi haqda: Birinci filmdəki hadisələrdən 30 il keçdikdən sonra Los-Ancelesdən olan polis Key (Rayan Qoslinq) gələcək cəmiyyətin quruluşu haqda məxfi məlumatlar aşkarlayır. Indi artıq o, 30 il bundan öncə itkin düşmüş Rik Dekardın (Harrison Ford) axtarışına başlamalıdır.

Filmi 5 oktyabr tarixindən etibarən “Park Cinema”da, “IMAX” zalında genişləndirilmiş 3D formatında izləyə bilərsiniz.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri