10 
Okt
2017
14:37
73
11
2961
Virtual karabakh

“Yuğ” Teatrının direktoru işdən çıxarıldı

10 Okt, 2017
14:37
2961

“Yuğ” Teatrının direktoru işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov və baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduqları vəzifədən azad ediliblər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir. Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uğun olaraq, respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib. 

Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri