10 
Okt
2017
16:56
105
37
2029
Virtual karabakh

AMEA rəsmisi: Bəzi aparıcılar, yazarlar özlərini savadlı göstərmək üçün xarici terminlərdən istifadə edirlər

10 Okt, 2017
16:56
2029

AMEA rəsmisi: Bəzi aparıcılar, yazarlar özlərini savadlı göstərmək üçün xarici terminlərdən istifadə edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dilçilik İnstitutunun apardığı monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycan dilinin daxili imkanları hesabına yaranmış sözlərin olmasına baxmayaraq, bəzi aparıcılar, yazarlar yeri gəldi-gəlmədi xarici terminlərdən istifadə edirlər”.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, xarici terminlərdən istifadə edən aparıcılar özlərini savadlı göstərmək üçün belə edirlər.

Akademik bildirib ki, Avropa dilləri ilə yanaşı, Türkiyə türkcəsindən də Azərbaycan dilinə sözlər daxil olur: “Hansı ki, o sözlərin Azərbaycan dilində qarşılığı var. Buna görə də dilimizin alt qatında qalan, arxaikləşən sözlər yenidən aktivləşdirilməlidir”.

2013-cü ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni tələsik nəşr adlandıran İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarına yenidən baxılmalıdır: “2013-cü il nəşrinə alınma sözlər daxil edilib. Hazırda yeni orfoqrafiya qaydaları hazırlanıb və bu qaydalar müvafiq komissiyanın müzakirəsinə təqdim ediləcək”.

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri