14 
Noy
2017
17:21
68
51
1411
Virtual karabakh

Azərbaycan Polşada festivalda təmsil olundu - FOTO

14 Noy, 2017
17:21
1411

Azərbaycan Polşada festivalda təmsil olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8-12 noyabr tarixlərində Polşanın Varşava şəhərində 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı keçirilib. Festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova təmsil ediblər.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbər görə, festival çərçivəsində keçirilən elmi konfransda A.Sultanzadə “Təhsil dayanıqlı inkişafın təməli kimi” mövzusunda məruzə ilə çıxış edib.

Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova ölkəmizin festivalda fəal iştirakına görə diplomla təltif olunub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri