17 
Noy
2017
09:50
164
16
6064
Virtual karabakh

Göygöldəki sonuncu almanın evi muzey oldu – FOTO

17 Noy, 2017
09:50
6064

Göygöldəki sonuncu almanın evi muzey oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl şəhərinin sonuncu alman sakini Viktor Klaynın vaxtilə yaşadığı mənzil ev muzeyi və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.

Oxu.Az xəbər verir ki, bunu Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova Azərtac-a müsahibəsində deyib. Kəmalə İbrahimova bildirib ki, Göygöl rayonunda prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

O qeyd edib ki, Viktor Klayn Göygöldə yaşayan sonuncu alman olub. O,1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə 72 yaşında vəfat edib. Ata-babalarından miras qalmış evi və məişət əşyalarını satın almaq istəyənlər olsa da, Viktor onların heç birini satmayıb. Hazırda həmin əşyalar mənzildədir və rayon rəhbərliyi tərəfindən qorunur.

Viktor Klaynın evi və içindəki hər bir əşya olduğu kimi qorunub saxlanılsa da, bu mənzillə eyni həyətdə olan və Klaynın babalarına məxsus digər iki mənzil sonradan satılıb. Muzeyin həm də daha geniş mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi məqsədilə həyətdəki digər evlər geri alınıb, sakinlər isə başqa mənzillərlə təmin olunublar.

Qeyd edək ki, indiki Göygöl şəhərinin əsası 1819-ci ildə Almaniyanın Virtemberq knyazlığından bu əraziyə mühacirət etmiş koloniyaçılar tərəfindən qoyulub. Qısa vaxtda 118 ailə Helenendorf (indiki Göygöl) şəhərində 6 küçə salıb və bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600-ə qədər ev tikib. Almanlar məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalıblar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri