17 
Noy
2017
11:45
18
50
1625
Virtual karabakh

Milli Dirçəliş gününə dair keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı - FOTO

17 Noy, 2017
11:45
1625

Milli Dirçəliş gününə dair keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr - Milli Dirçəliş günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında “Musiqi alətlərində ifa üzrə” keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 

Oxu.Az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Natiq Abbasov açıq elan edərək, bu cür müsabiqələrin keçirilməsində məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması olduğunu vurğulayıb.

Daha sonra Mədəniyyət evinin fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində  Mədəniyyət evinin “Gənclik” instrumental ansamblı, “Məşəl” və “Gold” rəqs kollektivlərinin, müğənnilər Aysel Əlizadə, Könül  Məmmədli, Mircabbar Mirbabayev, Nejla Mirzəyeva, Abdul  Xalid, Paşa Ümid və Tahirə Muradovanın rəngarəng çıxışları alqışlarla qarşılanıb.

Sonda müsabiqənin qaliblərinə fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə oktyabr ayının əvvəlində start verilib. 3 turdan ibarət olan müsabiqədə məktəblilər fortepiano, skripka, tar, qanun, nağara, qarmon və digər musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər. Yekun turda münsiflər heyyəti 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyənləşdiriblər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri