20 
Noy
2017
12:18
43
158
1944
Virtual karabakh

Mir Cəlal Paşayevin kitabı Los-Ancelesdə təqdim olundu - FOTO

20 Noy, 2017
12:18
1944

Mir Cəlal Paşayevin kitabı Los-Ancelesdə təqdim olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görkəmli yazıçı Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilən qısa hekayələrindən ibarət kitab Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib.

Oxu.Az-ın məlumatına görə, bu, ADA Universiteti tərəfindən bu il nəşr edilən kitabın ABŞ-da ilk təqdimatıdır.

Təqdimatda xarici ölkələrin baş konsulları, beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mədəniyyət təsisatlarının nümayəndələri, din xadimləri, jurnalistlər, müxtəlif icmaların üzvləri və digər şəxslər iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Mir Cəlal Paşayevin həyatı, yaradıcılğı və pedaqoji fəaliyyəti haqqında qonaqlara məlumat verərərək, yazıçının Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafındakı xidmətlərindən danışıb. 

Daha sonra Baş Konsulluq tərəfindən hazırlanmış, yazıçısının həyat və yaradıcılığına həsr olunmuş qısa videoçarx nümayiş etdirilib. Sonra Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitabın amerikalı redaktoru Betti Bleyer (Betty Blair) çıxış edərək, kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb. O, yazıçısının öz hekayələrində satiradan geniş istifadə edərək, Sovet sisteminin eybəcərliklərini məharətlə ifşa etdiyini, bu kimi mənfiliklərin hər bir cəmiyyətin inkişafını geri saldığını göstərdiyini qeyd edib.

Çıxışların ardınca amerikalı aktyorlar Mark Ceykobson (Mark Jacobson), Kristina Gerla (Cristina Gerla)Kris Agilanın (Chris Aguila) təqdimatında Mir Cəlal Paşayevin “Anket Anketov”, “İclas qurusu” və “Söyüd kölgəsi” hekayələri nümayiş etdirilib. 

Tamaşadan sonra Los-Ancelesdə yaşayan Azərbaycan icmasının gənc üzvləri skripkaçı Elvina Qurbanova və vokalist Nail Qurbanovun ifalarında Azərbaycan musiqisinin nümunələri səsləndirilib. Musiqi proqramı tədbir iştirakçılarının böyük rəğbətinə səbəb olub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri