20 
Noy
2017
12:09
33
54
1734
Virtual karabakh

“Nar bağı”nın yeni uğuru

20 Noy, 2017
12:09
1734

“Nar bağı”nın yeni uğuru

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Nar bağı" bədii filmi Malatya Beynəlxalq Film Festivalında "Ən yaxşı film" mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən film "Azərbaycanfilm" kinostudiyasının və "Buta film" kino şirkətinin birgə istehsalıdır.

Kinostudiyadan Oxu.Az-a verilən xəbərə görə, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri canlandırıblar.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri