20 
Noy
2017
18:50
154
39
5380
Virtual karabakh

Da Vinçinin əsəri saxta çıxdı

20 Noy, 2017
18:50
5380

Da Vinçinin əsəri saxta çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsərinin saxta olduğu haqda xəbərlər yayılıb.

Oxu.Az Kulis.az-a istinadən xəbər verir ki, Britaniya nəşriyyatı "The Telegraph" əsərin həqiqi olmasını şübhə altına alan 4 arqument gətirib.

Əsər 1500-cü ildə çəkilib, bu zamansa 48 yaşı olan Da Vinçi işığın sınması və optik illüziyalarla məşğul idi. İsa Məsihin əlindəki büllur kürə real təsvir olunmayıb, fiqurun arxasındakı obyektlər orada əks olunmayıb.

İkinci arqument İsanın anfasdan çəkilməsidir, Da Vinçinin o biri əsərlərində isə personajlar mürəkkəb pozada çəkilir.

Üçüncü arqument tablonun tarixçəsi ilə bağlıdır. Onun auksiona qədər kimlərdə olması tablonun həqiqiliyini kölgə altına salır.

Dördüncü arqumentsə onun restavrasiya olunmasıdır. Onu bərpa ediblərsə də, o qədər əlavələr olunub ki, orada Da Vinçinin fırçasından, demək olar ki, heç nə qalmayıb.

Xatırladaq ki, müəllifinin  Leonardo da Vinçi olduğu deyilən tablo noyabrın 16-da Nyu-Yorkda 400 milyon dollara satılıb. Bu, indiyədək incəsənət əsərinə verilən ən böyük məbləğdir.

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri