22 
Noy
2017
14:23
209
12
4108
Virtual karabakh

Fuad Poladov: Oğlumun toyunu görmək istəyirəm

22 Noy, 2017
14:23
4108

Fuad Poladov: Oğlumun toyunu görmək istəyirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən artıq xəstəliyimi sevməyə başlamışam. Xərçənglə sevgi oyunu oynayıram, onu sevməyi öyrənirəm. Hərçənd deyirlər ki, xərçəngi sevmək olmaz. Amma mən xərçəngi sevirəm. Onun şıltaqlığını qəbul etməyə başlamışam”.

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Fuad Poladov “Şərq” qəzetinə müsahibəsində bildirib.

“Möhlət istəyirəm ki, bəzi işləri çatdıra bilim. Düzdür, səhnədən artıq əlimi üzmüşəm. Artıq heç vaxt səhnədə olmayacağımı qəbul etmişəm. Bilirəm ki, mənim ora bir daha qayıdışım olmayacaq. Amma şəxsi həyatımda çatdırmaq istədiklərim var.

Heç vaxt duyğusal görünmək istəməmişəm. Amma deyəsən, bu xəstəlik məni bir az da duyğusal edə bildi. İki övladım var. Qızım ailə qurub. Amma oğlumu evləndirməmişəm. 28 yaşı var. Oğlumun toyunu görmək, onu yerbəyer etmək istəyirəm. Çox istərdim ki, oğlumdan da arxayın olum, bilim ki, ailə sahibidir. Bu, məni sakit edə bilər. Hər ata kimi oğul toyunu görmək arzum var. Buna görə Allahımdan da, xəstəliyimdən də möhlət istəyirəm”, - deyə o vurğulayıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri