23 
Noy
2017
12:24
19
122
2509
Virtual karabakh

Leyla Bədirbəylinin vəfat etməsinin 19-cu ildönümüdür

23 Noy, 2017
12:24
2509

Leyla Bədirbəylinin vəfat etməsinin 19-cu ildönümüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün görkəmli teatr xadimi, Xalq artisti Leyla Bədirbəylinin vəfat etməsindən 19 il ötür.

Oxu.Az xəbər verir ki, aktrisa 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb.

O, səhnəyə çox gənc ikən çıxıb. 16 yaşı tamam olmamışdan filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilib. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət alıb. İlk tamaşası Rəsul Rzanın “Vəfa”sı olub.

1945-cü ildə “Arşın mal alan” filmi çəkilməyə başlayıb. L.Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə həmin filmə çəkilib.

Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri