23 
Noy
2017
14:40
156
76
1945
Virtual karabakh

Azərbaycan Moskvada “Nar Bayramı” təşkil edəcək

23 Noy, 2017
14:40
1945

Azərbaycan Moskvada “Nar Bayramı” təşkil edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın Taqansk parkında noyabrın 25-də Azərbaycan diasporunun dəstəyi ilə "Nar Bayramı" keçiriləcək.

Oxu.Az Report-a istinadla xəbər verir ki, moskvalılara və paytaxtın qonaqlarına nardan hazırlanmış içki və yeməklər təklif olunacaq.

Bununla yanaşı, qonaqlar Azərbaycanın milli mətbəxi, mədəniyyəti, incəsənəti, maraqlı tarixi faktları, dövlət dili və ədəbiyyatı ilə tanış ola biləcəklər.

Tədbirdə Azərbaycan kollektivlərinin və artistlərinin iştirakı ilə konsert baş tutacaq, uşaqlar  meydançada animatorlarla vaxt keçirəcəklər.

Günün əsas hadisəsi "Nar Kralının və Kraliçasının" seçilməsi olacaq.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri