23 
Noy
2017
16:42
299
24
1914
Virtual karabakh

Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu - FOTO

23 Noy, 2017
16:42
1914

Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Uşak Universitetində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, tədbirə Uşak Universitetinin rektoru, professor Sayın Dalkıran, rektorun köməkçisi, professor Saim Savaş, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, aşıq Səlahəddin Dündar, yazıçı-tədqiqatçı Songül Dündar, azərbaycanlı və yerli tələbələr, diaspor təşkilatlarının nümayəndələri qatılıb.

Yubileyin əsas təşkilatçılarından olan Uşak Universitetinin azərbaycanlı tələbəsi Ramin Seyidov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb, Molla Pənah Vaqif haqqında məlumat verib.

Sonra Sayın Dalkıran, Elçin Qafarlı, tədqiqatçı-yazçıçı Songül Dündar ,“Uniaktif” tələbə klubunun sədri Fərid Dəliqan, azərbaycanlı tələbələr Orxan Həsənli, Rüstəm Rüstəmov, Nigar Axundova, Əfsanə Yusibova, Günel Məmmədova, Orxan Əkbərli çıxış ediblər. Çıxış edənlər Molla Pənah Vaqifin həyatı, yaradıcılığı, dövlət xadimi kimi xidmətlərindən bəhs ediblər. 

Yubiley tədbiri çərçivəsində akademik, millət vəkili Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının və Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı keçirilib. Sonra “Yeni Türkiyə” Klubunun sədri Bilal Türkcan və onun müavini Ömər Doğru Vaqifin şeirlərini səsləndirib, aşıq Səlahəddin Dündar isə şairin şeirlərini sazla ifa edib.

Sonda qonaqlara hədiyyələr və Molla Pənah Vaqif haqqında kitablar təqdim edilib. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri