Dek
2017
12:44
95
16
1624
Virtual karabakh

Azərbaycanın Xalq rəssamı Moskvada mükafatlandırılacaq

5 Dek, 2017
12:44
1624

Azərbaycanın Xalq rəssamı Moskvada mükafatlandırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada dekabrın 11-12-də MDB-nin yaradıcı və elmi ziyalılarının XII Forumu keçiriləcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, forumda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Rusiyanın nümayəndələri iştirak edəcəklər.

Tədbirin əsas mövzusu MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmləndirilməsində və dəstəklənməsində humanitar əməkdaşlığın roludur. Profil bölmələrdə peşəkar qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri - təhsil və gənclər siyasəti sahəsində əməkdaşlıq, eləcə də, MDB-də elan ediləcək Mədəniyyət ili üçün hazırlıq məsələləri nəzərdən keçiriləcək.

Forumda "Birliyin ulduzları" MDB dövlətlərarası mükafatının laureatlarının mükafatlandırma mərasimi keçiriləcək. Bu il mükafat Rəssamlar İttifaqının rəhbəri Fərhad Xəlilova təqdim olunacaq.

Forum MDB üzvü olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçiriləcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri