Dek
2017
12:05
12
360
7331
Virtual karabakh

Könül Xasıyeva: Səhər və axşam güclü ağrılarım olur

6 Dek, 2017
12:05
7331

Könül Xasıyeva: Səhər və axşam güclü ağrılarım olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müalicəm ev şəraitində davam etdirilir. Əvvəllər ayaqlarım və nitqim tutulmuşdu. Artıq açılıb. Lakin nitqimdə hələ də ləngimə, əllərimdə isə keyləşmə var. Səhər və axşam saatlarında isə güclü ağrılarım olur”.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Könül Xasıyeva bildirib.

Xanəndə məktəbli oğlunun səhhəti barəsində də danışıb: “Dərslərinə davam edir. Lakin dərmanlarını səhər saatlarında deyil, məktəbdən evə qayıdandan sonra qəbul edir. Çünki həmin həblər yuxugətiricidir. Həkimlər övladımın səhhətinin zamanla əvvəlkindən daha yaxşı olacağını söyləyirlər”.

Xatırladaq ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. Xanəndənin 9 yaşlı oğlu Kazım isə 3 yaşından səhhətində yaranan bəzi problemlərə görə müalicə alır. 

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri