11 
Dek
2017
14:19
530
41
10251
Virtual karabakh

Leyla Əliyeva Tbilisidə keçirilən "Canlı həyat" sərgisinin açılışında - FOTO

11 Dek, 2017
14:19
10251

Leyla Əliyeva Tbilisidə keçirilən "Canlı həyat" sərgisinin açılışında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə IDEA İctimai Birliyinin təşəbbüsü ilə "Canlı həyat" (Live Life) sərgisinin açılışı olub.

Oxu.Az xəbər verir ki, sərgi Zurab Sereteli adına Müasir İncəsənət Qalereyasında baş tutub. Sərginin açılışında IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva, Tbilisi meri Kaxa Kaladze və onun modelyer həyat yoldaşı Anuki Areşidze, Gürcüstan dövlət və hökumət nümayəndələri, parlament deputatları, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Sərgini keçirməkdə məqsəd ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirməkdir.

Tədbiri Gürcüstan mədəniyyət naziri Mixail Giorqadze açıb. Sonra Leyla Əliyeva çıxış edib və sərginin keçirilməsi məqsədindən danışıb.

Sərgi IDEA İctimai Birliyinin təşəbbüsü ilə açılıb. Sərgidə L.Əliyevanın 11 rəsm əsəri nümayiş olunub. “Canlı həyat” (Live Life) adlı sərgi layihəsi London, Paris, Berlin və Moskvada da nümayiş etdirilib.

Sərgidə azərbaycanlı rəssamlardan Məryəm Ələkbərli, Aysel Heydərova, Timur Özdəmirov, Rəhim Çopurov, Fidan Novruzova, Nailə Sultanın və gürcü rəssamlardan David Mçedlişvili, Oleq Timçenko, Giqa Kobidze və David Aleksidzenin rəsm əsərləri də nümayiş olunub. Layihənin kuratoru Herve Mikaelofdur.

Sərgi dekabrın 31-dək davam edəcək.

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri