17 
Yan
2018
10:50
37
288
11576
Virtual karabakh

Xalq artisti xəstəxanaya yerləşdirildi – YENİLƏNİB

17 Yan, 2018
10:50
11576

Xalq artisti xəstəxanaya yerləşdirildi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Xalq Artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva ağ ciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib.

Xəstəxananın reanimasiya şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Xalq artistinin səhhəti dünənə nisbətən yaxşılaşıb:

“Hələlik reanimasiya şöbəsindədir. Lakin dünənə nisbətən bu gün vəziyyəti yaxşılaşıb. Yaxın zamanda daha yaxşı olacağına inanırıq”.

16.01.2018, 18:24

Bu gün Xalq Artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov Facebook hesabında yazıb. 

O bildirib ki, səhər saatlarında xəstəxanaya gətirilən aktrisaya ağ ciyər və ürək çatışmazlığı diaqnozu qoyulub.

Məsələ ilə bağlı 1 saylı klinik xəstəxananın reanimasiya şöbəsi ilə əlaqə saxladıq. Şöbədən verilən məlumata görə, Xalq artistinin vəziyyəti stabildir:

“Hazırda reanimasiya şöbəsindədir və həkim nəzarəti altındadır. Vəziyyəti hələ ki stabildir. Daha ətraflı məlumatı sabah verə biləcəyi”

Qeyd edək ki, Böyükxanım Əliyeva Cəfər Cabbarlının “Aydın” pyesindəki “Gültəkin” və digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri