19 
Yan
2018
11:01
173
18
2110
Virtual karabakh

“CinemaPlus”da 20 Yanvar hadisələrinə həsr olunmuş filmlər nümayiş olunacaq

19 Yan, 2018
11:01
2110

“CinemaPlus”da 20 Yanvar hadisələrinə həsr olunmuş filmlər nümayiş olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 Yanvar tarixində “Qanlı Yanvar” filmini  pulsuz nümayiş etdirəcək. Filmin rejissoru Vahid Mustafayevdir. Baş rollarda isə Nəbahat Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 Yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş - kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası - Xədicədir.

Bundan əlavə, həmin gün Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov haqqında “Xüsusi təyinatlı İbad” adlı filmin nümayişi olacaq.

Filmin quruluşçu rejissoru Natiq Novruzovdur. Baş rollarda Elçin Məmmədli və  Manaf Dadaşov çəkilib.

Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edib. Burada o, sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilərlə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq, onlar aclıq aksiyasını dayandırmır. Nəticədə rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır - hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxırlar. Bununla da İbad Azərbaycana qayıtmağı bacarır.

Biletin qiyməti 4 manat.

Qeyd edək ki, həmin gün “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya janrlı filmləri repertuardan çıxaracaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri