19 
Yan
2018
13:22
7
14
3249
Virtual karabakh

Faiq Sücəddinov: Yoldaşım da hərdən deyir ki, artıq bəsdir

19 Yan, 2018
13:22
3249

Faiq Sücəddinov: Yoldaşım da hərdən deyir ki, artıq bəsdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özünü tərifləmək kimi çıxmasın: elə gün olmur ki, royalın arxasına keçməyim, yoldaşım da hərdən deyir ki, artıq bəsdir.

Oxu.Az xəbər verir ki, bunu tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti mədəniyyətimizə, mədəniyyət adamlarına böyük diqqət, nəzaviş göstərir. 

“Bu, əvvəllər də olub, hər zaman mədəniyyətimizə diqqət göstərilib, amma son illər bu diqqət, qayğı daha da artıb. Xüsusilə, ölkə prezidenti cənab İlham Əliyev mədəniyyətimizin inkişafına böyük diqqət göstərir. Elə təkcə son bir-iki il ərzində Bakıda beş korifeyimizin - Bülbülün, Niyazinin, Qara Qarayevin, Rəşid Behbudovun və Fikrət Əmirovun heykəlləri ucaldılıb. Bunlar böyük işlərdir.Təbii ki, biz mədəniyyət, sənət adamları da bu diqqət qarşısında boş dayanmırıq, öz işimizlə, yaradıcılığımızla məşğul oluruq. Özünü tərifləmək kimi çıxmasın, elə gün olmur ki, royalın arxasına keçməyim…Yoldaşım da hərdən deyir ki, artıq bəsdir, bir az dincəl… Ancaq mən yenə də öz sənətimlə məşğul olmaqda davam edirəm. Bəstələdiyim mahnıların, əsərlərin böyük əksəriyyəti Azərbaycanımızla, Vətən sevgisi ilə bağlıdır” - deyən tanınmış bəstəkar bir arzusunu da dilə gətirib:

“Hesab edirəm ki, vətənpərvərlik verilişlərinin sayını artırmaq lazımdır. Gənclərimizi bu istiqamətə yönəltməliyik. Mən Türkiyədə olarkən bir türk şairi mənə bir misrasını söylədi: “Toprağından dost kokan sevgili vatanım”. Bu misra mənə çox təsir etdi və həmin misranın aid olduğu şeirə manhı bəstələdim. Mən də demək istəyirəm, torpağı, daşı gözəl olan sevgili vətənim…”

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri