31 
Yan
2018
15:00
18
5
3241
Virtual karabakh

Bakı Bələdiyyə Teatrının 25 illiyi keçirildi – FOTO

31 Yan, 2018
15:00
3241

Bakı Bələdiyyə Teatrının 25 illiyi keçirildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin ədəbi layihəsi olan “Söz” Muzey Mərkəzində Bakı Bələdiyyə Teatrının 25 illiyinə həsr olunmuş musiqili-ədəbi gecə keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə ilk öncə layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək Bələdiyyə teatrının 25 illik fəaliyyətindən, gördüyü işlərdən söhbət açıb.

Daha sonra teatrda fəaliyyət göstərən aktyorlar səhnəyə çıxıb. Əməkdar artistlər Hüsniyyə Mürvətova, Rafiq İbrahimov, Əfqan Soltanov, Tofiq Bayramov, Mahirə Yaqubova, Təzəgül Məmmədova, aktyorlar Tural Əhməd, Ülviyyə Rza, Elxan Rza, Toğrul Rza, İlqar Əliyev, Nigar Babayeva, Rəşid Sultanov və başqaları tamaşalardan qısa səhnələr göstərib və şeirlər söyləyiblər.

Gecədə teatrın qurucusu, Xalq artisti Amaliya Pənahova iştirak etməyib. Buna səbəb isə onun səhhətində yaranan problem olub. 

Əməkdar artist Hüsniyyə Mürvətova tədbirə oğlu ilə birgə qatılıb.

Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri