10 
Fev
2018
13:05
99
143
3615
Virtual karabakh

“Kəklikotu”nun “CinemaPlus Gənclik Mall”da imza mərasimi baş tutub – FOTO

10 Fev, 2018
13:05
3615

“Kəklikotu”nun “CinemaPlus Gənclik Mall”da imza mərasimi baş tutub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus Gənclik Mall”da “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” kino-komediyasının imza mərasimi baş tutub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, gecədə filmin rejissoru Cəfər Axundzadə, Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Kamran Ağabalayev, Vüsal Hacı Qədir və Rövşən Məmmədli iştirak edib. 

Onlar tədbirin qonaqları ilə şəkil çəkdirərək avtoqraf veriblər.

Təqdimatdan öncə filmin baş prodüseri Cəfər Axundzadə çıxış edərək filmin ərsəyə gəlmə prosesindən danışıb. Daha sonra aktyorları tamaşaçılara təqdim edib.

Süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyil, qurudulmuş marixuana olub. Məhz bu macəra, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına səbəb olub.

Ekran əsəri tamaşaçılar tərəfindən maraq və gur alqışlarla qarşılanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri