15 
Fev
2018
17:15
45
14
3224
Virtual karabakh

Bu gün Çin təqvimi ilə Yeni ildir – FOTO

15 Fev, 2018
17:15
3224

Bu gün Çin təqvimi ilə Yeni ildir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin təqvimi ay və ay-günəş təqvimlərinə bölünür. Hazırdə bu ölkədə qriqorian təqvimi tətbiq olunsa da, xalq öz ənənələrinə sadiq qalır və ay təqvimi üzrə bahar bayramını, yəni Yeni ilini qeyd edir. Yeni il gecəsi təzə ayın doğulduğu gecəyə təsadüf edir.

Oxu.Az xəbər verir ki, Çin xalqının “ay təqvimi” ilə Yeni ili ilə bağlı fevralın 14-ü Azərbaycan Xalça Muzeyinin “Xalçalar və əfsanələr” layihəsi çərçivəsində “Çin təqvimi üzrə yeni il” sərgisi start götürdü.

Məhz bu tarixdə Çin təqvimi üzrə itlə birgə Yeni il daxil olur. Odur ki, sərgidə bu heyvanın təsvir olunduğu xalça nümunələrimiz nümayiş etdirilir.

Muzeyin direktoru Şirin Məlikova tədbiri giriş sözü ilə açaraq, iki dövlətin mədəniyyətləri arasındakı dostluq münasibətindən danışıb və Çin xalqını bolluq-bərəkət gətirən Yeni il münasibətilə təbrik edib.

Çin Xalq Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Vey Cinq Xua qonaqları salamlayaraq, göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Səfir vurğulayıb ki, bu bayram Çin xalqı üçün Azərbaycanda böyük sevinclə qeyd olunan Novruz bayramına bərabər əhəmiyyətə malikdir.

Daha sonra tədbirə qatılan qonaqlar, dövlət rəsmiləri, mədəniyyət xadimləri, eləcə də, müxtəlif xalqların nümayəndələri maraqla sərgi salonuna yollanıblar.

Qeyd edək ki, sərgidə təqdim olunan xalçaların bir neçəsi muzeyin ehtiyat bölməsinə aiddir və ilk dəfə qonaqların diqqətinə təqdim edilir.

Azərbaycan Xalça Muzeyinin Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi ilə birgə təşkil etdiyi “Çin təqvimi üzrə Yeni il” sərgisinin açılış mərasimi Çin mətbəxinə aid təamlardan ibarət ziyafətlə sona çatıb.

"Çinsayağı" Yeni ilin ilk günü start götürən maraqlı sərgi fevralın 28-dək davam edəcək. Güc-qüdrət və bərəkət rəmzi olan it təsvirlərilə zəngin xalça nümunələrinin sehrinə düşmək istəyirsinizsə, mütləq yolunuzu Azərbaycan Xalça Muzeyindən salın.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri