18 
Fev
2018
12:33
286
44
20321
Virtual karabakh

“Ögey ana” filmindəki “İsmayıl”ın dublyoru illər sonra danışdı – VİDEO

18 Fev, 2018
12:33
20321

“Ögey ana” filmindəki “İsmayıl”ın dublyoru illər sonra danışdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ögey ana” filmini izləməyən çox az adam olar. Lakin filmdə bəzi epizodlarda dublyorun iştirak etdiyini az adam bilir. Təhlükəli dağa dırmanıb koldan itburnu çiçəyi toplamaq, partlayış və sairə.

Oxu.Az-ın xəbərinə görə, hazırda filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev dublyor kimi canlandırdığı epizodlardan Xəzər TV-yə danışıb. 

Vaqif babyevin sözlərinə görə, ona təklif kino çəkilişləri zamanı gəlib. Dərs vaxtı bir qrup kino işçisi sinfə daxil olub və film üçün dublyor axtardıqlarını deyiblər. Rejissor isə xarici görünüşündə “İsmayıl”a bənzədiyi üçün onu seçib.

Filmdə həyəcanın kulminasiya nöqtəsi hesab olunan dağdan çiçəyin qopardılması və partlayış səhnəsində Ceyhun Mirzəyev yox, məhz Vaqif Babayev oynayıb.
Çəkilişlər zamanı yaddaqalan anlar da az olmayıb.

Aktyorluq təcrübəsi olmasa da, səhnələrə peşəkar kimi çəkilən Vaqif Babayev bu işə görə həmin vaxt müəyyən qonorar də alıb. Bu film daha sonra aktyor və dublyor arasında sıx dostluq münasibətlərinin yaranmasına gətirib çıxarıb.

Vaqif Babayev filmdən sonra özünü aktyor kimi sınamaq istəsə də, bəzi səbəblərdən alınmayıb. Daha sonra o, başqa ixtisas üzrə təhsilini davam etdirib. Hazırda pensiyaçı olan Vaqif Babayev uzun müddət xalçaçılıqla məşğul olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri